...

Azərbaycanın İndoneziyadakı səfiri nəqliyyat nazirilə görüşüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyul 2006 15:27 (UTC +04:00)

Azərbaycanın İndoneziyadakı səfiri İbrahim Hacıyev İndoneziyanın nəqliyyat naziri Xattə Racasa ilə görüşüb. Trend agentliyinin məlumatına əsasən, görüş zamanı Azərbaycan və İndoneziya arasında ikitərəfli əməkdaşlığın inkişaf imkanları, eləcə də Azərbaycan və İndoneziya hökumətləri arasında hava nəqliyyatı haqqında saziş" layihəsi müzakirə olunub.

Azərbaycan haqqında məlumatlarla maraqlandığını deyən X. Radjasa ölkədə gedən inkişafla tanış olmaq və ikitərəfli əməkdaşlığın inkişaf imkanlarını müzakirə etmək üçün Bakıya səfər etmək istəyini ifadə edib. O, digər nəqliyyat sahələrində əməkdaşlığa dair ikitərəfli sənədlər imzalamağı da təklif edib.

Xəbər lenti

Xəbər lenti