...

Azərbaycanın Vergilər Nazirliyi 23218 obyektdə kassa aparatlarından istifadə üzrə pozuntular aşkar edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Sentyabr 2006 16:29 (UTC +04:00)

Operativ vergi nəzarəti üzrə irimiqyaslı operativ tədbirlərin 54-cü gününə olan vəziyyətə görə, Azərbaycanın Vergilər Nazirliyi 99 767 obyektdə vergi reydləri aparıb.

Trend in Vergilər Nazirliyinin Operativ Nəzarət İdarəsinin məlumatına istinadən xəbər verdiyi kimi, 23218 obyektdə qanunvericiliyin pozulması faktları aşkar edilib. Nəticədə bu obyektlərə qarşı 2110,966 min manat məbləğində inzibati cərimə tətbiq olunub.

Bakıda vergi reydləri əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına əməl olunması, kassa aparatlarından istifadə və alıcılara çeklərin verilməsinin yoxlanılması məqsədilə aparılır.

Xəbər lenti

Xəbər lenti