...

Səlim Müslümov: "Dövlət Sosial Müdafiə Fondunun 2007-ci ildə nəzərdə tutulan xərcləri 907,2 milyon manat proqnozlaşdırılır"

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Noyabr 2006 17:51 (UTC +04:00)

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2007-ci ildə nəzərdə tutulan xərcləri 907,2 milyon manat proqnozlaşdırılır. Trend in məlumatına görə, bu barədə Milli Məclisin sosial siyasət komissiyasının iclasında Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov məruzə edib.

"Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2007-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirələri zamanı S.Müslümov bildirib ki, fondun gələn il üçün proqnozlaşdırılan gəlirləri ötən illə müqayisədə 330,7 milyon manat aşağıdır.

S.Müslümov bilidrib ki, daxil olan gəlirlərin ildən-ilə artırılması nəzərdə tutulur: "2007-ci ildə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 59 faiz artırılması gözlənilir. Qeyri-hökumət təşkilatlarının sosial-sığorta ödəmələri ümumi həcmin 52,6 faizini təşkil edəcək".

Xəbər lenti

Xəbər lenti