...

ICARDA treninqlərinin vaxtı dəyişdirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Noyabr 2006 15:17 (UTC +04:00)

Quraqlıq rayonlarda keçiriləcək, Beynəlxalq Kənd Təsərrüfatı Tədqiqi Mərkəzi tərəfindən maliyyələşdirilən ICARDA (International Center for Agricultural Research in the Dry Areas) treninqlərinin vaxtı dəyişdirilib. Kənd Təsərrüfatı Nazirliyindən Trend -ə bildiriblər ki, görüş 4-22 noyabrdan 11-28 noyabra keçirilib. O Kərədcədə (İran) keçiriləcək.

Treninqlərdə Kənd Təsərrüfatı Nazirliyi Elmi-aqrar mərkəzinin Beynəlxalq münasibətlər şöbəsinin rəhbəri Yaqub Quliyev iştirak edəcək.

Treninqlər ICADA -nın, Wageningen Universitetinin və mərkəzinin, İran Bitkilərinin Seleksiyası İstitutunun təşkilatçılığı ilə "Generation Challenge Program"-ı çərçivəsində keçiriləcək.

Treninqlər "Toxum və bitki növlərinin genetik resursları: siyasət, mühafizə və istifadə" mövzusuna həsr edilib.

1977-ci ildə təsis edilən ICADA dünyada 15 mərkəzdən biridir ki, o Beynəlxalq Kənd Təsərrüfatının Tədqiqi üzrə Məsləhətçi Qrup (Consultative Group on International Agricultural Research (CGIAR)) tərəfindən dəstəklənir. Baş ofisi Aleppoda (Suriya) yerləşən təşkilat şəbəkə əməkdaşlığı vasitəsi ilə milli, reğional və beynəlxalq institutlarla, universitetlərlə, QHT-lə, inkişaf etməkdə olan ölkələrin nazirlikləri ilə və sənaye dövlətlərindəki müvəffəqiyyət qazanmış tədqiqat institutları ilə işləyir.

Xəbər lenti

Xəbər lenti