...

Azərbaycan KAMAZ-dan 45 yanğın maşını alacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Noyabr 2006 17:30 (UTC +04:00)

"KAMAZ" ASC vahid texnoloji zəncirinin törəmə müəssisəsi "KAMAZinstrumentspetsmaş" (KİSM) Azərbaycan Respublikasının 2006-cı ilin sonunadək 45 yanğın maşınının tədarükü ilə bağlı dövlət sifarişini yerinə yetirir.

Şirkətdən REGNUM-Volqaİnform agentliyinin müxbirinə verilən məlumata görə, KAMAZ - 53229 (6x4) üçoxlu şassi bazasında beş avtomobil artıq Bakıya göndərilib. Noyabr və dekabr aylarında 8 kubmetr tutumlu su çəni və 800 litr köpük bakı olan daha 20 yanğın maşınının hazırlanması nəzərdə tutulub. Onlar 7 nəfərlik heyət üçün nəzərdə tutulub və Azərbaycanın iqlim və yol şəraiti üçün optimal komplektasiyada tədarük olunur.

Zavodda Azərbaycanla bağlanmış müqavilənin 2007-ci ilə qədər uzadılma ehtimalı da istisna olunmur. Azərbaycan höküməti Bakının və respublikanın digər böyük şəhərlərinin yanğın texnikası parkını əhəmiyyətli dərəcədə yeniləməyi nəzərdə tutub. Trend in məlumatına görə, Rusiyada xüsusi texnikanın bu növünün müxtəlif istehsalçılarına, əsasən də KAMAZ şassisində cəmi 400 avtomobil sifariş olunub.

Xəbər lenti

Xəbər lenti