...

Sərgi mövsümünü dördüncü Azərbaycan beynəlxalq avtomobil sərgisi açacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Yanvar 2007 14:41 (UTC +04:00)

Azərbaycanda sərgi mövsümü martda açılır. Ticarət Sənaye Palatasının vitse-prezidenti Mehman Əhmədov Trend ə bildirib ki, mövsümü martın 14-dən 17-nə qədər davam edəcək dördüncü Azərbaycan beynəlxalq avtomobil sərgisi açacaq.

M.Əhmədovun sözlərinə görə, hazırda martın 29-u üçün nəzərdə tutulmuş Türkiyə-Azərbaycan tikinti sərgisinin keçirilməsinə dair danışıqlar aparılır.

Xatırladaq ki, sərgi "Iteca Caspian MMM" şirkəti ilə birgə həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti