...

Azərbaycanda fəaliyyət göstərən bütün valyutadəyişmə məntəqələri yeniləri ilə əvəz olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Aprel 2007 18:42 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanda fəaliyyət göstərən bütün valyutadəyişmə məntəqələri yeniləri ilə əvəzlənib. Bu barədə çərşənbə axşamı Bakıda Milli Bankın idarə heyəti sədrinin müavini Rüfət Aslanlı məlumat verib.

R.Aslanlı qeyd edib ki, artıq köhnə qaydalarla fəaliyyət göstərən valyutadəyişmə məntəqəsi, demək olar ki, qalmayıb.

Onun sözlərinə görə, 2006-cı il dekabrın 31-də valyutadəyişmə məntəqələrinə öz fəaliyyətlərini müasir tələblərə uyğunlaşdırmaq üçün verilmiş vaxt başa çatıb: "Təxminən həmin müddətdən sonra 50 valyutadəyişmə məntəqəsi yeni qaydalarla işləməyə başlayıb. Hazırda əvvəlki valyutadəyişmə məntəqələrinin hamısı bankların valyuta mübadiləsi şöbələri kimi fəaliyyət göstərirlər. Ölkədə bu cür valyuta mübadiləsi şöbələrinin sayı 100-ə çatır. Artıq rayonlarda da bu cür valyuta mübadiləsi şöbələri açılmağa başlayıb və onların sayı artmaqda davam edir."

Onun sözlərinə görə, rayonlarda belə şöbələrin əhatə dairəsinin genişləndirilməsi meylləri müşahidə olunur.

Xəbər lenti

Xəbər lenti