...

Koreyanın iş adamları Azərbaycan iqtisadiyyatına investisiya qoymaqda maraqlıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Aprel 2007 20:50 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanın Baş naziri Artur Rasizadə çərşənbə günü Nazirlər Kabinetində Koreya səfiri Lü Kvanq Çulu qəbul edib.

Görüşdə ötən ilin mayında Koreya prezidenti Ro Mu Hyunun Azərbaycana rəsmi səfərindən sonra ölkələr arası dostluq münasibətləri daha intensiv xarakter alması qeyd olunub.

Azərbaycan Prezidenti İlham Əliyevin Koreyaya gözlənilən səfəri əməkdaşlığın davam etdirilməsi üçün konstruktiv əsaslar yaradacaq.

Tərəflər hazırda rabitə, nəqliyyat, energetika, şəhərsalma, kənd təsərrüfatı, mədəniyyət, təhsil və digər sahələrdə iri layihələr üzərində iş aparıldığını vurğulayıblar. İstehsal və qeyri-neft sahələrinin inkişafı istiqamətində birgə fəaliyyətin zəruriliyi vurğulanıb. Görüşdə səfir koreyalı iş adamlarının regionda lider dövlətə çevrilmiş Azərbaycanla əlaqələri daha da fəallaşdırmaq və ölkə iqtisadiyyatına əhəmiyyətli investisiya qoymaq niyyətində oldğunu deyib.

Azərbaycanın Baş naziri Artur Rasizadə Koreya tərəfinin hər hansı təklifini dinləməyə, maraq doğuran layihələrin icrası üçün lazımi şərait yaratmağa hazır olduğunu diqqətə çatdırıb.

Xəbər lenti

Xəbər lenti