...

Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi 27 inzibati sanksiya tətbiq edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 May 2007 14:35 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend İ.Xəlilova/2007-ci ilin yanvar-aprel aylarında Azərbaycan Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə (QKDK) səhmdarlar tərəfindən 101 şikayət daxil olub. Bu barədə cümə günü "Səhmdarların hüquqları və səhmdarların ümumi yığıncağı: təcrübə, tələblər və mövcud tendensiya" mövzusunda keçirilən seminarda QKDK-nin rəhbəri Gündüz Məmmədov məlumat verib.

Onun sözlərinə görə, ərizələr ölkədə fəaliyyət göstərən 200 səhmdar cəmiyyətin səhmdarları tərəfindən təqdim olunub. Araşdırmalar nəticəsində qaydaları pozanlara qarşı 6 160 manat məbləğində 27 inzibati sankisya tətbiq olunub.

SC-lər tərəfindən pozuntuların olmasına baxmayaraq, son il ərzində səhmdarlara dividendlərin ödənilməsi və fəaliyyət üzrə hesabatların təqdim olunmasında irəliləyiş müşahidə olunur.

Məmmədovun qeyd etdiyi kimi, 100-dən çox SC səhmdarlara dividendləri ödəməyə başlayıb və mütəmadilik əsasında QKDK-yə ilin yekunlarına görə 340 SC hesabat təqdim edir.

Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycanda korporativ inkişaf layihəsinin keçirdiyi sorğuya əsasən, 100 şirkət arasında yalnız 41 faizi dividendləri elan edir və ödəyir və 54 faiz isə illik hesabat və maliyyə hesabatlarını təsdiq edir.

Xəbər lenti

Xəbər lenti