...

Azərbaycanın Beynəlxalq Bankı milyonuncu kartı buraxır

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 May 2007 16:39 (UTC +04:00)

Azərbaycan,Bakı/ Trend /Mayın əvvəlinə qədər olan məlumata əsasən, Azərbaycan Beynəlxalq Bankının (ABB) buraxdığı aktiv plastik kartların sayı 999 000 ədəd təşkil edib. Bu barədə bazar ertəsi ABB-in yaydığı məlumatda bildirilib. Yaxın zamanlarda milyonuncu plastik kartın buraxılması gözlənilir, katrın sahibi qiymətli hədiyyə sahibi olacaq.

Bank müştərilərinə Visa International, MasterCard International ödəmə sistemlərinin plastik kartlarını təqdim edir, American Express kartlarına xidmət göstərir. Bununla belə ABB ölkədə ticarət və xidmət nöqtələrində quraşdırılmış ən geniş bankomatlar (təxminən 530), məlumat köşkləri (təxminən 40) və POS-terminallar (1200-dən çox) şəbəkəsinə malikdir.

Kart sahiblərinə "İnternet Bankinq" (İnternet şəbəkəsində bank hesabları ilə idarəetmə), "KartTransfer" (kartdan karta vəsaitlərin köçürülməsi), kommunal xidmətləri və mobil və stasionar telefon xidmətlərinin ödənilməsi kimi əlavə xidmətləri də təklif edir. 200-dən çox bankomat ölkə regionlarında, rayon mərkəzlərində, iri və az məskunlaşmış yaşayış məntəqələrində quraşdırılıb. Bankomatların ümumi sayı 320 olan Bakıdan başqa bu qurğular üzrə Gəncə (33 bankomat), Naxçıvan (24 bankomat), Sumqayıt (13 bankomat), Mingəçevir (12 bankomat) liderlik edir.

Xəbər lenti

Xəbər lenti