...

Varşava birjası Bakı Fond Birjası ilə əməkdaşlığa hazırlaşır

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyul 2007 16:51 (UTC +04:00)
Varşava birjası Bakı Fond Birjası ilə əməkdaşlığa hazırlaşır

Ukrayna, Kiyev/ Trend müxbir Z.Novosvitski/ Varşava fond birjası Bakı Fond Birjası ilə əməkdaşlıq üzrə faəliyyət planı hazırlayır. Bu barədə Varşava Fond Birjası idarə heyətinin üzvü Lidiya Adamska bəyan edib.

O qeyd edib ki, artıq əməkdaşlıq barədə müqavilə imzalanıb və bunu ilkin mərhələ adlandırmaq olar.

"Biz hazırda fəaliyyət planı üzərində işləyirik ki, bu, Bakının gözləntilərinə cavab versin. Hazırda bu elə bir mərhələdədir ki, bunu təcrübə mübadiləsi - Azərbaycanda zəif olan milli bazarın necə inkişaf etdirilməsi mövzusunda müzakirə kimi dəyərləndirmək olar",-deyə Adamska bildirib.

O qeyd edib ki, Varşava Fondunun fəaliyyəti ilə tanış olmaq üçün Bakı Fond Birajasının əməkdaşlarının səfəri zəruridir.

"Biz əvvəlcə özümüzdə bazarın necə görünməsi, biz fəaliyyətə başlayarkən hansı problemlərimizin olacağını, Azərbaycanda bazarın effektiv inkişafı üçün nəyi məsləhət görə biləcəyimizi deməliyik",-deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti