...

Azərbaycan və Ukrayna arasında 2007-ci ilin yanvar-may ayları ərzində xarici ticarət dövriyyəsi 250 mln. dollar təşkil edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyul 2007 11:14 (UTC +04:00)

Ukrayna, Kiyev /müx. Trend Z.Novosvitski / Ukraynanın Dövləti Statistika Komitəsinin verdiyi məlumata görə, Ukrayna və Azərbaycan arasında 2007-ci ilin yanvar-may ayları ərzində xarici ticarət dövriyyəsi 249,4 mln. dollar təşkil edib.

Bu arada qeyd olununr ki, göstərilən dövrdə Ukraynadan Azərbaycana 239,9 mln. dollar həcmində mal ixrac olunub ( 2006-cı ilin analoji dövr göstəricisindən 95,3 mln. manat çox), Ukraynaya isə 9,5 mln. dollar həcmində mal idxal olunub və bu, ötən ilin yanvar-may aylarında olan dövriyyənin 74%-ni təşkil edir.

May ayı ərzində Ukraynadan Azərbaycana mal ixracı 48,3 mln. dollar təşkil edib (2006-cı ilin may ayı göstəricisindən 30% çox), Ukraynaya mal idxalı isə 3,025 mln. dollar təşkil edib ki, bu da 2006-cı ilin may ayı göstəricisindən iki dəfə çoxdur.

Xəbər lenti

Xəbər lenti