...

Azərbaycanın valyuta bazarının xülasəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyul 2007 12:32 (UTC +04:00)
Azərbaycanın valyuta bazarının xülasəsi

Azərbaycan, Bakı/müxbir Trend İ.Xəlilova / Keçən həftənin yekunlarına əsasən, Azərbaycan Milli Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə olan rəsmi məzənnəsi 0,0003 bənd möhkəmlənib (0,03 faiz). Orta məzənnə 1 ABŞ dollarına 0,85464 manat səviyyəsində müəyyən olunub.

Manata münasibətdə dolların maksimum məzənnəsi iyulun 16-da (1 ABŞ dolları üçün 0,8548 manat), minimum isə iyulun 19-20-də (1 ABŞ dollarına 0,8545 manat) müəyyən olunub.

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi
9 iyul 0,8552 16 iyul 0,8548
10 iyul 0,8551 17 iyul 0,8547
11 iyul 0,8550 18 iyul 0,8547
12 iyul 0,8549 19 iyul 0,8545
13 iyul 0,8549 20 iyul 0,8545
Həftə ərzində orta 0,85502 Həftə ərzində orta 0,85464

Ötən həftənin yekununa əsasən, müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə Bakı Banklararası valyuta birjasının alış-verişi nəticəsində birja məzənnəsi 0,0001 bənd (0,01 faiz) aşağı düşüb. Orta məzənnə 1 ABŞ dollarına 0,85324 manat səviyyəsində müəyyən olunub.

Dolların manata münasibətdə maksimum məzənnəsi iyulun 19-da (1 ABŞ dollarına 0,8538 manat), minimum iyulun 18-də (1 ABŞ dollarına 0,8527 manat) müəyyən olunub.

Ötən həftə BEST-də valytulaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): iyulun 16-da - 0,8533 AZN/USD məzənnəsi ilə $9,405 mln., iyulun 17-də - 0,8532 AZN/USD məzənnəsi ilə $10,962 mln., iyulun 18-də - 0,8527 AZN/USD məzənnəsi ilə $7,02 mln., iyulun 19-da - 0,8538 AZN/USD məzənnəsi ilə $23,85 mln., iyulun 26-da - 0,8532 AZN/USD məzənənsi ilə $10,652 mln.

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi
9 iyul 0,8552 16 iyul 0,8548
10 iyul 0,8551 17 iyul 0,8547
11 iyul 0,8550 18 iyul 0,8547
12 iyul 0,8549 19 iyul 0,8545
13 iyul 0,8549 20 iyul 0,8545
Həftə ərzində orta 0,85502 Həftə ərzində orta 0,85464
ABŞ dollarına münasibətdə manatın birja məzənnəsi
9 iyul 0,8545 16 iyul 0,8533
10 iyul 0,8538 17 iyul 0,8532
11 iyul 0,8537 18 iyul 0,8527
12 iyul 0,8533 19 iyul 0,8538
13 iyul 0,8534 20 iyul 0,8532
Həftə ərzində orta 0,85374 Həftə ərzində orta 0,85324

USD/AZN T+1, T+2 və SWAP-USD/AZN alətləri üzrə tələbat olmadığından dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN və BEST bankları tərəfindən sifarişlər təqdim olunmayıb.

EUR/AZN T+0 aləti üzrə iyulun 16-da 3 004 920 manata bərabər məbləğ qeydə alınıb. Orta məzənnə isə 1 avro üçün 1,1781 təşkil edib.

Göstərilən dövr ərzində özəlləşdirmə çeklərinin qiyməti 11 manat səviyyəsində qalıb. Özəlləşdirmə çeklərinin fəaliyyət müddəti 2008-ci il yanvarın 1-də bitir.

Xəbər lenti

Xəbər lenti