...

Amerikalı diplomat: "ABŞ Cənubi və Şərqi Asiya ilə ticarət əlaqələrini genişləndirməyi vacib hesab edir"

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 İyul 2007 14:52 (UTC +04:00)
Amerikalı diplomat: "ABŞ Cənubi və Şərqi Asiya ilə ticarət əlaqələrini genişləndirməyi vacib hesab edir"

Azərbaycan, Bakı / Trend / Mərkəzi Asiyanın beş respublikasının, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın iqtisadi inteqrasiyası başlanğıc vəziyyətdədir. Bu prosesin əsas hərəkətverici qüvvəsi rolunda özəl sektor çıxış edir, dövlət isə ona sadəcə qərarsız və ardıcıl olmayan dəstək göstərir. Amerikanın rəsmi şəxsləri və özəl strukturlarının ekspertləri bu fikirdədir, ABŞ Dövlət Departamentinin "Beynəlxalq İnformasiya Proqramları" bürosunun məlumatında belə deyilir.

Mərkəzi Asiya ölkələrinin azadlıq əldə etdiyi 1991-ci ildən bəri bu ölkələr dinamik, bəzən destruktiv dəyişikliklərdən keçirlər. Bəzən onları ayıran su resursları, siyasi nüanslar və təhlükəsizliyin dərk edilməsi kimi problemlər onları birləşdirən ümumi türk dili və oxşar ənənələr kimi birləşdirici əsaslara üstün gəlir.

Regional əməkdaşlığa sadiq olduqlarını bəyan edən Mərkəzi Asiya hökumətləri açıq-aşkar ümumi maraqlara malik olduqları vəziyyətlərdə tutduqları yoldan çıxır və müxtəlif istiqamətlərdə addım atırlar.

"İqtisadi nailiyyətləri təmiz hüquqi əsaslarla möhkəmləndirən ardıcıl siyasi iradə və konkret razılıq yoxdur ki, hökumət fikrini dəyişdiyi hallarda bu nailiyyətlər itirilməsin" - deyə ABŞ-ın Mərkəzi Avropa və Avrasiya üzrə Ticarət Palatasının vitse-prezidenti Geri Litman hesab edir.

Cənubi və Mərkəzi Asiya üzrə dövlət katibinin köməkçisinin müavini Evan Fayqenbaum qeyd edib ki, Birləşmiş Ştatlar iqtisadi inteqrasiya və ticarətin genişləndirilməsinin tərəfdarıdır, bu sahədə vasitəçi və tərəfdaş yardımı göstərir.

ABŞ gömrük və sərhəd prosedurlarının, regiondakı obyektlərin təkmilləşdirilməsi məqsədilə vəsaitlər ayırır. Bu günə qədər bu sahədə xoşagəlməz vəziyyət ticarətin genişləndirilməsi yolunda başlıca maneə olub.

Rəsmi şəxslər və ekspertlər ümidverici əlamətlərin olduğunu qeyd edirlər. Litman Vaşinqtonda ABŞ-ın səlahiyyətli şəxsləri və şirkət nümayəndələrinin iştirakı ilə beş ölkənin iqtisadi, ticarət və maliyyə orqanları rəhbərlərinin keçirilən görüşlərində aparılan ciddi danışıqları xatırladıb.

İyulun 17-18-də Mərkəzi Asiyadan olan rəsmi şəxslər regionun ticarət və investisiyalara dair ABŞ-la çərçivə müqavilə imzalayan ölkələrinin üçüncü illik görüşündə iştirak ediblər.

Mərkəzi Asiya ölkələri və onların qonşuları arasında daha sıx iqtisadi və ticarət əlaqələr bu ölkələri daha böyük bazarlara çıxış əldə etmək istəyən xarici investorlar və şirkətlər üçün cəlbedici edə bilər. Ltitmanın sözlərinə görə, Mərkəzi Asiyadan olan siyasətçilər artıq bunu başa düşməyə başlayırlar. "Bu bizdə regional əməkdaşlığın davam etməsinə ümid yaradır" - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti