...

Oktyabr ayında Novorossiysk limanından neftin yüklənəcəyi tarixlər açıqlanıb

Energetika Materials 4 Oktyabr 2007 19:10 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.Əliyev/ "Energy Intelligence Group, Inc"-in verdiyi məlumata görə, Rusiyanın Novorossiysk limanından ən böyük həcmdə neft Rusiyanın "Rosneft" şirkəti tərəfindən yüklənəcək. Bu şirkət tərəfindən 1 mln. 084 min ton neft yüklənəcək. Neft 8 tanker partiyası ilə ixrac olunacaq.

Ən az həcmdə neft Rusiyanın "Russneft" şirkəti tərəfindən yüklənəcək. Bu şirkət bir tanker partiyası ilə 84 ton neft yükləyəcək. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Novorossiysk limanından 84 min ton neft yüklənmiş bir tanker yola salacaq.

İyul ayında həmçinin "TNK-BP Holding", "Surgutneftegas", "Tatneft", "Gazprom Neft", "LUKoil" və "Kaztransoil" şirkətləri Novorossiysk limanından neft yükləyəcək.

Xəbər lenti

Xəbər lenti