...

Gəncədə smart-kartlarla işləyən sayğacların quraşdırılmasına başlanıb

Energetika Materials 21 Noyabr 2007 19:17 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend , müxbir V.Məmmədov/ Gəncə Regional Enerji Təchizatı MMC-nin direktoru Eldar Eldarovun verdiyi məlumata görə, Gəncədə kartla işləyən elektrik sayğaclarının quraşdırılmasına başlanıb.

Müasir tipli sayğacın əsas üstünlüyü ona müdaxilə imkanlarının olmamasıdır. Bu sayğaclar həm əhalinin normal enerji ilə təczih olunmasına, həm də 100 faizlik yığımın əldə olunmasına səbəb olacaq. Sayğaclaşma prosesi 6 ay müddətinə başa çatacaq və Gəncədəki 70 min abonent elektron işıq sayğacı ilə təmin olunacaq.

Eldarovun sözlərinə görə, yeni müasir tipli sayğacın hər birinin qiyməti 140 manatdır. "Bu layihə çərçivəsində, 4 kilovatlıq şəbəkənin, yəni transformatordan kənarlaşdırılmış şəkildə yüksək texnologiyalı kabellərin çəkilməsi və onlar üzərində sayğacların qurulması həyata keçirilir. Məqsəd əhalinin enerji ilə tam təmin edilməsi və sərf edilən enerjinin dəyərinin tam toplanılmasıdır" - deyə o qeyd edib.

Layihəni Azərenerji Tikinti şirkəti həyata keçirir. Sayğacları Çinin STAR dövlət şirkəti istehsal edib. Hazırda şirkətin 9 nümayəndəsi Gəncədə sayğacqurma prosesində fəaliyyət göstərir.

"Onlar iki istiqamətdə bizə kömək edirlər; 3 nəfər hər 5 min abonentə enerji paylayıcı kabellərin bir nöqtədə yerləşdirilməsini, yəni, proqramlaşdırma işlərini, 6 nəfərsə, sayğacların quraşdırılmasını həyata keçirir" - deyə Eldarov bildirib.

İndiyədək 500-dək sayğac istismara verilib.

Xəbər lenti

Xəbər lenti