...

Qazaxıstan neftinin Avropaya nəqlinin alternativ həll yolu - Bakıdır - Qazaxıstan prezidenti

Energetika Materials 6 Mart 2008 16:46 (UTC +04:00)
Qazaxıstan neftinin Avropaya nəqlinin alternativ həll yolu - Bakıdır - Qazaxıstan prezidenti

Qazaxıstan, Astana, 06 mart / Trend , müxbir K.Konırova / Qazaxıstan üçün Odessa-Brodı-Plotsk neft kəmərinin doldurulması həmişə əsas məsələdir. Qazaxıstan Ukraynanın enerji daşıyıcılarına marağını anlayır. Bu haqda cümə günü Qazaxıstan və Ukrayna prezidentləri Nursultan Nazarbayev və Viktor Yuşşenkonun birgə mətbuat konfransından Trend ın Astanadakı xüsusi müxbiri məlumat bildirib.

" İri vəsait mənbəyinə malik Qazaxıstan bu tələbatı (Ukraynanın neft tələbatını) təmin edə bilər və ən başlıcası, o, bu arzudadır. Əsas məsələ neftin nəql olunmasıdır" - deyə Nazarbayev bildirib.

Hazırda Qazaxıstan neftinin nəqli "Transneft" sisteminin KTK boru kəməri vasitəsilə ("Tenqiz- Novorossiysk) həyata keçirilir. Qazaxıstan kəmərin nəql gücünü indiki 23 mln.tondan 40 mln. tona qədər artırmaq istəyir.

"Odessa-Brodı neft kəmərinin Qazaxıstan neftilə doldurulması hələ də açıq məsələ olaraq qalır. Odessa-Brodı məsələsinin alternativ həll yolu da var - Bakı vasitəsilə Qara dənizə çıxış" - Nazarbayev deyib.

Onun sözlərinə görə, Qazaxıstan Gürcüstanın Qara dənizdəki Batumi limanını alıb. "Terminallar bizim neftimizin Ukraynaya və Avropaya ixracını təmin edəcək. Biz bunun üzərində daim işləyirirk və həllinə nail olacayıq."

Ukrayna prezidenti Yuşşenkonun sözlərinə görə, Azərbaycan Ukrayna üçün real neft tədarükçüsüdür.

Xəbər lenti

Xəbər lenti