...

Gürcüstan Azərbaycan qazının idxalı üzrə danışıqların tezliklə başa çatacağını bildirib

Energetika Materials 17 Mart 2008 15:36 (UTC +04:00)
Gürcüstan Azərbaycan qazının idxalı üzrə danışıqların tezliklə başa çatacağını bildirib

Gürcüstan, Tbilisi, 17 mart/ " , müxbir N.Kirtsxalia/ Gürcüstan 2008-ci ildə daxili ehtiyacın ödənilməsi üçün Azərbaycan qazının idxalı üzrə danışıqların tezliklə başa çatacağını bildirib.

"Qaz idxalı üzrə Azərbaycanla danışıqlar yaxın vaxtlarda başa çatacaq" - bazar ertəsi Gürcüstanın energetika naziri Aleksandr Hetaquri Tbilisidə jurnalistlərə bildirib.

"Hazırkı mərhələdə danışıqlar təbii qazın qiyməti deyil, texniki detalları üzrə aparılır" - o dəqiqləşdirib.

Nazir Azərbaycan Respublikası Dövlət Neft Şirkətininin (ARDNŞ) rəhbəri Rövnəq Abdullayevin bu həftə Tbilisiyə səfər edəcəyini və onunla əlavə danışıqların aparılacağını vurğulayıb.

Azərbaycan və Gürcüstan qaz tədarükü üzrə yeni müqaviləni müzakirə edirlər. Bu il müqavilə "Azəriqaz" QSC (ötən il olduğu kimi) ilə deyil, qazın istehsalçısı olan Azərbaycan Dövlət Neft Şirkəti ilə bağlanacaq. Bir müddət əvvəl Azərbaycanın nümayəndələri bildiriblər ki, respublika il ərzində Gürcüstana, onun təlabatının ildə 1 - 1,5 mlrd. kubmetr olmasına baxmayaraq, 500 mln. kubmetr qaz verə bilər. 2008-ci ildə Gürcüstan üçün Azərbaycanın öz qazının qiyməti 1000 kubmetrinə görə $180-$190-dək artırıla bilər. 2007-ci ildə qazın satış qiyməti 1000 kubmetrinə görə $120 təşkil edib.

Xəbər lenti

Xəbər lenti