...

Qaradağda neft-qaz terminalının tikintisinə investisiya bankından birbaşa maliyyə cəlb olunur

Energetika Materials 22 Aprel 2008 16:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 aprel / " , müxbir İ.Xəlilova/ "Azərbaycan İnvestisiya Şirkəti" ASC (AİŞ) "Səngəçal-Qaradağ neft-qaz terminalı"nın yaradılması layihəsinin maliyyələşdirilməsi üçün xarici sərmayələrin cəlb olunması istiqamətindəki uğurlar barədə qeyd edir. Bu barədə çərşənbə axşamı AİŞ-nin icraçı direktoru Anar Axundov məlumat verib.

"AİŞ üçün birbaşa maliyyələrin cəlb olunmasında bu, yaxşı təcrübədir və biz layihədə iştirak edən bir investisiya bankından konkret təkliflər almışıq. Bankın adı yaxın günlərdə açıqlanacaq" - deyə Axundov qeyd edib.

Layihənin maliyyələşdirilməsinə ümumilikdə 160 mln. dollar sərf olunacaq və ilkin mərhələnin reallaşdırılmasına bu məbləğin 30-40 faizi kifayət edəcək. Hazırda bu həcmdə vəsaitin cəlb olunması barədə söhbət gedir, lakin danışıqlar prosesində bütün məbləğin cəlb olunması zəruriliyi nəzərə alınacaq.

Axundovun sözlərinə görə, AİŞ səhmdar razılaşma imzalayıb və 2007-ci il iyun ayının 29-da Nəzarət Şurasında bu layihə üçün təsdiq olunmuş 9 mln. dollar sərmayəni artıq yatırıb.

Terminalın tikintisinin ilkin mərhələsi 12 ay ərzində tamamlanacaq və yükdoldurma gücü 5 mln. ton təşkil edəcək. Layihənin reallaşdırılması üç mərhələdə həyata keçiriləcək.

İkinci mərhələ 2,5 ildən sonra tamamlanacaq, terminal gücünün 10 mln. tona, üçüncü mərhələdə isə layihə gücünün 50 mln. tona qədər çatdırılması nəzərdə tutulur.

Layihənin əsas operatoru "Kavkaztransservis" şirkətidir. (Azersun Holding qrupuna daxildir) AİŞ və "Kavkaztransservis" arasında imzalanmış müqaviləyə əsasən, şirkət qoyulmuş vəsaitlər hesabına QSC-nin nizamnamə kapitalının 25 faizini əldə edib.

Qaradağ terminalı böyük həcmdə məhsulun məhdud növləri (kondensat və neft) üçün nəzərdə tutulub.

Bu terminal vasitəsilə Kaşaqan yatağından xam neftin qəbulu nəzərdə tutulur ki, bu neft soradan Bakı-Tbilisi-Ceyhan neft kəmərilə Qara dəniz və Ceyhan limanlarındakı terminallara nəql olunacaq. Baxmayaraq ki, Kaşaqan yatağından neftin çatdırılması 2011-ci ildə gözlənilir, bu müddət ərzində regionda daşımalar həyata keçirmək üçün Azərbaycanda zəruri olan iri tutumlu yeni gəmilərin sifarişi, gəmiqayırma istehsalı geniş inkişaf edə bilər.

Aprelin 22-nə olan rəsmi məzənnə 0,8286 AZN/USD təşkil edir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: capital

Xəbər lenti

Xəbər lenti