...

Azərbaycan neftinin qiyməti: 21-25 aprel həftəsinin xülasəsi

Energetika Materials 28 Aprel 2008 19:49 (UTC +04:00)
Azərbaycan neftinin qiyməti: 21-25 aprel həftəsinin xülasəsi

Azərbaycan, Bakı, 11 mart / Trend , müxbir A.Bədəlova/ 21-25 aprel həftəsində Azərbaycanın Gürcüstanın Supsa və Batumi limanlarından satdığı AZERI LT (CIF) neftinin otra qiyməti $117,13/barel təşkil edib, bu da ötən həftənin orta qiymətindən $4,06/barel çoxdur.

21-25 aprel həftəsindəAZERI LT neftinin maksimal qiyməti $118,75/barel, minimal qiyməti isə $114,62/barel təşkil edib. Azeri Light neftinin APİ üzrə sıxlığı 34,6 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,14 faizdir.

21-25 aprel həftəsində Azərbaycanın Novorossiyk limanından satdığı URAL (EX-NOVO) neftinin orta qiyməti $108,17/barel təşkil edib, bu da ötən həftənin orta qiymətindən $3,22/barel çoxdur.

21-25 aprel həftəsində URALS neftinin maksimal qiyməti $109,73/barel, minimal qiymət isə $105,74/barel təşkil edib.

URAL neftinin sıxlığı APİ üzrə 32 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 1,3 faizdir. Lakin satış zamanı bu neft növünün spesifikasiyası müxtəlif vaxtlarda tərkibində daha çox (daha az) dominantlıq edən keyfiyyətli neft növlərindən asılı olaraq dəyişir.

21-25 aprel həftəsindəBrent Dated neftinin orta qiyməti $114,35/barr təşkil edib, ki, bu da ötən həftənin orta qiymətindən $4,12/barel çoxdur. Maksimal qiyməti $116,49/barel, minimal qiymət isə $111,27/barel təşkil edib.

Brent Dated neftinin sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,36faizdir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: : Capital

Xəbər lenti

Xəbər lenti