...

"Xəzər Dənizi Neft Donanması" balansındakı gəmilərin təmiri üçün avadanlığın alınmasına dair tender elan edib

Energetika Materials 6 Avqust 2008 19:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 avqust/ Trend /Azərbaycan Dövlət Neft Şirkətinin "Xəzər Dəniz Neft Donanması", donanmanın balansındakı gəmilərin təmiri üçün avadanlığın alınmasına dair açıq tender elan edib.

Yük alana avadanlıq və ehtiyat hissələrini müqavilə imzalandığı gündən sonra üç ay müddətində göndərmək tələb olunur. Avadanlıq və ehtiyat hissələrinin haqqı yük göndəriləndən sonra 1 il ərzində hissə-hissə ödəniləcək.  

Tenderdə namizəd qismində iştirak etmək üçün iştirakçılar, iştirak barədə ərizəni və digər sənədləri 2008-ci il sentyabrın 18-dən gec olmayaraq, "Xəzər Dənizi Neft Donanması"-na təqdim etməlidirlər.

Təkliflər qiymətləndirildikdə, ehtiyat hissələrinin qiyməti, spesifik xüsusiyyətləri (gəmilərin ehtiyat hissələri ilə təmin edilməsi sahəsində) və göndərmə müddəti kriteriyalarına üstünlük veriləcək.

Tender təklifləri  2008-ci il sentyabrın 25-dək qəbul ediləcək və sentyabrın 26-da saat 11.00-da "Xəzər Dənizi Neft Donanması"-nın binasında açılacaq.

Xəbər lenti

Xəbər lenti