...

Azərbaycan neftinin qiyməti yenidən bir barelə görə $100-ı ötüb

Energetika Materials 23 Sentyabr 2008 18:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 sentyabr/ Trend ,müxbir A.Bədəlova/ Sentyabrın 22-də CIF liman Augusta şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti $103,49/barelə çatıb. 1997-ci ildən yüngül neft hasil edən Azərbaycan Dövlət Neft Şirkətindən çərşənbə axşamı verilən məlumata görə bazar ertəsi neftin qiyməti cümə gününə nisbətən $6,8/barel artıb.

Azeri Light neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağından çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı -Tbilisi - Ceyhan (BTC) boru kəməri ilə Türkiyənin Ceyhan limanına, dəmir yolu ilə Gürcüstanın Batumi limanlarına çatdırılır.

ARDNŞ -dən bildiriblər ki, FOB Türkiyənin Ceyhan limanı şərtlərilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 22-də $102,07/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən $6,81/barel çoxdur.

Azərbaycan neftin URAL növünü də Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəmərləri şəbəkəsində digər növlərlə qarışdırılır və Novorossiysk limanında URAL adı ilə satılır. Bu növ spesifikasiyasına görə, Azərbaycan neftindən keyfiyyət və qiymətcə aşağıdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti sentyabrın 20 - də $98,74/barel təşkil edib və bu, əvvəlki qiymətdən $6,91//barel çoxdur.

Sentyabrın 22 - də Şimal dənizindən hasil edilən etalon növlü Brent Dated neftinin 1 barelinin qiyməti $100,67/barelə çatıb ki, bu da əvvəlki qiymətdən $6,89/barel çoxdur.

Xəbər lenti

Xəbər lenti