Azərbaycan, Bakı, 23 sentyabr/ Trend / "Azərbaycan qazının Yunanıstan və Avropaya birbaşa ixracı İranın bu regiona qaz ixracı ilə bağlı niyyətinə o qədər də təsir etməyəcək", - İİR-in neft naziri Qulamhüseyn Nozari çərşənbə axşamı jurnalistlərə bildirib.
"Azərbaycanın qaz həcmi o qədər də böyük deyil ki, biz bunun İran qazının ixrac proqramına mənfi təsir göstərəcəyindən narahat olaq", - o bildirib.
Yunanıstanın inkişaf naziri Xristos Foliasın sentyabrın ortalarında bəyan etdiyinə görə, Azərbaycan qazının Yunanıstana ixracı artıq planlaşdırılıb və ilk dəfə Azərbaycandan Avropaya birbaşa həyata keçiriləcək.