...

SOCAR Supsa limanından neft satışına dair tender elan edib

Energetika Materials 11 Noyabr 2008 15:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 noyabr/ Trend / SOCAR şirkəti (Azərbaycan Dövlət Neft Şirkəti) Gürcüstanın Supsa limanından Azeri Light markalı şəxsi neft partiyasının satışına dair tender elan edib.

SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən verilən məlumata görə, 600 min barel həcmində neft partiyası 2008 -ci il dekabrın 6 - 7 - də göndəriləcək.

Tenderə noyabrın 12 - də yekun vurulacaq, nticələr noyabrın 13 - də açıqlanacaq.

Azeri Light nefti "Azəri - Çıraq - Günəşli" yataqları blokundan hasil edilir və Bakı - Supsa boru kəmərilə Gürcüstanın Supsa limanına ixrac olunur.

Xəbər lenti

Xəbər lenti