Azərbaycan, Bakı, 11 dekabr/ Trend , müxbir A.Bədəlova/ Amerikanın ən iri neft şirkəti ExxonMobil 2030 - cu ilədən dünyada enerjiyə tələbatın hər il 1,3 faiz artacağını proqnozlaşdırır. Şirkətin proqnozlarına görə, ümumilikdə bu dövr ərzində enerjiyə tələbt 40 faiz artacq. 2030-cu ilədək enerjiyə olan dünya tələbatının 80 faizini neft, qaz və kömür təmin edəcək.
Enerjiyə tələbat İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏİT) daxil olmayan ölkələrdə sürətli templərlə artacaq və dünya artımının təxminən 80 faizini təmin edəcək, - ExxonMobil-in 2030-cu ilədək enerji üzrə yeni məruzəsində bildirilir. Məruzə şirkətin rəsmi saytında yerləşdirilib.
2030 -cu ilədək dünyada neftə və digər maye yanacağa tələbat 35 faiz artacaq.
Gözləmələrə əsasən, 2030-cu ilə dünyada enerjiyə tələbat 2005-ci ildəki 229 mln. barelə qarşı 310 mln. barelədək artacaq.
"İqtisadi azalmaya baxmayaraq, dünyada neftə tələbat artmaqda davam edəcək. Qısamüddətli iqtisadi şərtlər dünyada "qara qızıla" tələbatı azaltdığı vaxtda, uzunmüddətli perspektivlər, xüsusilə də inkişafda olan ölkələrdə neftə tələbatın artacağını güman edir", - məruzədə deyilir.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: с[email protected]