...

"Nabukko" qaz kəməri Avropaya alternativ qaz tədarükləri üçün əsasdır – Estoniyanın iqtisadiyyat naziri (video)

Energetika Materials 14 Yanvar 2009 18:03 (UTC +04:00)
"Nabukko" qaz kəməri Avropaya alternativ qaz tədarükləri üçün əsasdır – Estoniyanın iqtisadiyyat naziri (video)

Azərbaycan, Bakı, 14 yanvar/ Trend , müxbir S.Babayeva/ ""Nabukko" qaz kəmərinin çəkilməsi layhəsi Avropaya alternativ qaz tədarükləri üçün əsasdır", - Estoniyanın iqtisadiyyat və kommunikasiya naziri Yuxan Parts çərşənbə günü Bakıda bildirib.

"Ukrayna - Rusiya münaqişəsi göstərir ki, bizə alternativ enerji mənbələri və alternativ tranzit imkanları lazımdır. Bunun üçün "Nabukko" bir nömrəli həlldir", - Parts deyib.

Xəzər regionundan Avropa ölkələrinə qazın nəqli üçün nəzərdə tutulmuş "Nabukko" qaz kəməri Avropanı ildə 20 mlrd. kubmetr qazla təmin edəcək, - Nabucco Gas Pipeline Company-nin materiallarında deyilir.

Qaz kəməri ilə Rumıniya və Macarıstana ildə təxminən iki mlrd., Bolqarıstana 1 mlrd. kubmetr qaz ixrac olunacaq. Daha 15 mlrd. kubmetr Avstriyadakı Baumqarten qazpaylayıcı mərkəz vasitəsilə digər Avropa ölkələrinə nəql olunacaq. Qalan 5 -10 mlrd. kubmetr qaz Türkiyəyə ixrac olunacaq.

Nabucco Gas Pipeline Company-nin materillarında deyildiyi kimi, Azərbaycan "Nabukko" ilə Türkiyə və Avropaya ildə təxminən 10 -12 mlrd. kubmetr həcmində qaz ixracını təmin edəcək.

Dəyəri 12,4 mlrd. dollar olan "Nabukko" qaz kəməri ilə 2013 - cü ildən Azərbaycan və Mərkəzi Asiyadan Avropa Ittifaqı ölkələrinə qaz ixracı nəzərdə tutulur. Qaz kəmərinin çəkilməsi 2010 - cu ilə təyin edilib. Boru kəmərinin maksimal ötürmə gücü ildə 31 mlrd. kubmetr olacaq. Layihənin iştirakçıları OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botas və Almaniyanın RWE şirkətləridir. Onların hər birinin  payı bərabərdir - 16,67 faiz.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: с[email protected]

Xəbər lenti

Xəbər lenti