Azərbaycan, Bakı, 27 yanvar/ Trend / SOCAR şirkəti (Azərbaycan Dövlət Neft Şirkəti) Rusiyanın Novorossiysk limanından REBCO markalı neft partiyasının satışına dair növbəti tenderi elan edib.
SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin məlumatında bildirilir ki, 432 min barel həcmində neft partiyası fevralın 26-27-də göndəriləcək. Tenderə fevralın 30-da yekun vurulacaq, nəticələr isə fevralın 2-də açıqlanacaq.