...

Kommersiya təklifləri olarsa İran "Nabukko"ya qoşulacaq – "Platts"

Energetika Materials 29 Aprel 2009 13:08 (UTC +04:00)
Kommersiya təklifləri olarsa İran "Nabukko"ya qoşulacaq – "Platts"

Azərbaycan, Bakı, 27 aprel / Trend , müxbirlər E.İsmayılov, A.Bədəlova /

"Nabukko" qaz kəməri layihəsini maksimal dərəcədə şəffaf etmək vacibdir. Elə etmək lazımdır ki, layihədən və ümumi qaydalardan hər kəs yararlana bilsin. Bu barədə Bakıda keçirilən III Neft-Qaz Ticarət-Nəqliyyat Konfransında "Platts" şirkətinin enerji təhlükəsizliyi (Böyük Britaniya) üzrə mütəxəssisi Con Roberts deyib.

Onun sözlərinə əsasən, başlıca məsələ Türkiyə və Avstriya arasında boru kəmərinin çəkilməsidir. "Bundan savayı hər şey orqanik inkişaf edəcək", - Roberts deyib.

"Gələn həftələr ərzində Avropa Komissiyası tranzit və maliyyə məsələlərinin həlli istiqamətində səylər edəcək. Müsbət olan odur ki, səylər edilir. Lakin onların uğurlu olub olmayacağı məlum deyil", - Roberts qeyd eib.

Layihədə İran qazından istifadə edilməsinə gəlincə isə Roberts deyib ki, məsələ kommersiya qazancı ilə bağlıdır. "İran qazının sistemə daxil olması ilə bağlı kommersiya təklifləri olarsa bu mümkündür", - "Platts"-ın nümayəndəsi bildirib.

Tədbirin təşkilatçısı Britaniyanın Confidence Energy və Azərbaycan Dövlət Neft Akademiyasıdır. İnformasiya dəstəyi Trend -a məxsusdur.  

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti