...

Azərbaycan İranı Xəzərin statusu ilə bağlı danışıqlara dəvət etmək niyyətindədir- nazir müavini

Energetika Materials 2 İyun 2009 20:51 (UTC +04:00)
Azərbaycan İranı Xəzərin statusu ilə bağlı danışıqlara dəvət etmək niyyətindədir- nazir müavini

Azərbaycan, Bakı, 02 iyun / Trend , müxbir A.Qasımova /  

Azərbaycan İranı Xəzərin hüquqi statusunun müəyyən edilməsi üçün danışıqlara dəvət etmək niyyətindədir. Görüşün vaxtı hələki razılaşdırılır, Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov İranın Azərbaycanın "Araz-Alov-Şərq" yatağı blokunda kəşfiyyat işlərinə başlaması ilə bağlı KİV-də yayılmış məlumatı şərh edərkən bildirib. 

Onun sözlərinə görə, yataqların Azərbaycan Respublikası və İran İslam Respublikası arasında Xəzər dənizinin dibinin bölünməsinə dair məsələnin həll edilməsinə qədər hər iki tərəfdən işlənməməyi barədə Azərbaycanın ümummilli lideri Heydər Əliyev və İran İslam Respublikasının ali dini rəhbəri Ayətullah Seyidəli Xamnei arasında vaxtilə razılıq əldə olunub və sonradan bu razılaşma Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejad tərəfindən dəfələrlə təsdiqlənib. 

Azərbaycan ilə İran İslam Respublikası arasında Xəzər dənizinin dibinin bölünməsi üzrə danışıqlar prosesi mütəmadi xarakter daşıyır.

Məqalə müəllifi ilə əlaqə: [email protected]

Xəbər lenti

Xəbər lenti