...

Hindistan İrana benzin tədarükünü müvəqqəti dayandırmaq barədə bəyanat verib

Energetika Materials 5 İyun 2009 16:28 (UTC +04:00)
Hindistan İrana benzin tədarükünü müvəqqəti dayandırmaq barədə bəyanat verib

Azərbaycan, Bakı, 04 iyun / Trend , müxbir R.Dərəxşan /

"Hindistanın "Reliance Industries" şirkətinin İrana benzin tədarükünü dayandırması müvəqqəti xarakter daşıyır", - cümə axşamı Trend -a şirkətin neft bölməsinin rəhbəri Vinu Qopal deyib.

"Yaxın zamanda İrana benzin tədarükünün bərpa edilməsi planlaşdırılır", - Qopal Bombeydən telefonla bildirib. O, benzin tədarükünün bərpasının dəqiq tarixini qeyd etməyib.

Onun sözlərinə görə, şirkət benzin ixracını təkcə İrana deyil, digər ölkələrə də dayandırıb.

"Hazırda şirkət neft məhsullarını yalnız daxili bazara tədarük edir", - Qopal bildirib.

"Reliance Industries"-a məxsus Hindistandakı NEZ-in emal gücü ildə 30 milyon ton neftdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti