...

Azərbaycanın əsas istehlakçılarının avtomobil benizini ehtiyatları artıb

Energetika Materials 16 İyun 2009 17:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 iyun / Trend /

İyunun 1-nə olan göstəricilərə əsasən,  Azərbaycanın əsas istehlakçılarının mazut ehtiyatları 341 min ton təşkil edib ki, bu? ötən ilin analoji dövründəki göstəricidən beş faiz azdır. Bu barədə Azərbaycan Dövlət Statistika Komitəsindən bildirilib.

İyunun 1-nə olan göstəricilərə əsasən, avtomobil benzini ehtiyatları 15,5 min ton təşkil edib, bu, isə ötən ilin yanvar-may aylarındakı göstəricidən 7,6 faiz çoxdur. 

İyunun 1-nə olan göstəriciyə əsasən, əsas istehlakçıların dizel yanacağı ehtiyatları 15,5 min ton təşkil edib. Bu, 2008-ci ildəki göstəricidən 6,7 faiz azdır. 

Əsas istehlakçıların təyyarə benzini ehtiyatlarının həcmi 6,2 min ton təşkil edib ki, bu da 2008-ci ilin göstəricisindən 19,5 faiz azdır. 

Yanvar-may aylarında əsas istehlakçıların daş kömür ehtiyatları 5,2 min ton təşkil edib ki, bu da ötən ilin analoji dövründəki göstəricidən iki dəfə çoxdur.

Xəbər lenti

Xəbər lenti