...

Azərbaycanın "Şahdəniz" yatağının birinci mərhələsi çərçivəsində qiymətlərə yenidən baxmaq nəzərdə tutulmayıb

Energetika Materials 3 İyul 2009 18:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 iyul / Trend , müxbir E.İsmayılov /

"Azərbaycanın "Şahdəniz" dəniz qaz-kondensat yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində Azərbaycanın aldığı qazın qiymətinə yenidən baxılması nəzərdə tutulmayıb", - cümə günü SOCAR-ın yüksək vəzifəli nümayəndəsi deyib. Bu yataq başda BP olmaqla xarici şirkətlərin konsorsiumu tərəfindən işlənilir.

"Yenidən baxılma nəzərdə tutulmayıb. Bizim üçün normal olan 54 dollar həddində daimi qiymət var", - SOCAR nümayəndəsi bildirib.

"Yanvar-mayda Azərbaycan "Şahdəniz" yatağından 677,3 milyon kubmetr qaz alıb. Ötən ilin analoji dövründə bu rəqəm 916,6 milyon kubmetr olub", - SOCAR-dan bir müddət əvvəl məlumat verilib.

Alınan qazın ümumi həcmindən 262 milyon kubmetri SOCAR-ın "Şahdəniz" layihəsindəki pay iştirakına düşür. Qalan 415,3 milyon kubmetr qaz isə bu yataqdan SOCAR tərəfindən alınıb.

"Şahdəniz" yatağının işlənməsinə dair müqavilə 1996-cı il iyunun 4-də imzlanıb. Layihə iştirakçıları bunlardır: BP (operator) -25,5 faiz, Statoil Hydro - 25,5 faiz, NICO - 10 faiz, Total - 10 faiz, LukAgip - 10 faiz, TPAO - 9 faiz, SOCAR - 10 faiz. Bu yataqda ümumi qaz ehtiyatı 1,2 trln. kubmetr həcmində qiymətləndirilir.

Yatağın işlənməsi üzrə birinci mərhələ çərçivəsində ildə 9 mlrd. kubmetr qazın hasil edilməsi nəzərdə tutulub. Bu həcmlər Azərbaycan, Gürcüstan və Türkiyəyə satılacaq.

Reallaşdırılmasına 2014-cü ildə başlanacaq ikinci mərhələ çərçivəsində yataqda ümumi hasilat 20 mlrd. kubmetrə çatdırılacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti