...

SOCAR gəmiləri Lukoyl-un sifarişi ilə Xəzərin Rusiyaya aid hissəsində iş görür

Energetika Materials 7 İyul 2009 18:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 iyul / Trend /

"SOCAR tərkibində Xəzər Dəniz Neft Donanmasının gəmiləri Xəzərin Rusiyaya aid hissəsindəki "Korçagin" yatağında yeni platformanın qurulması üzrə dəniz əməliyyatlarında iştirak edir", - SOCAR-ın çərşənbə axşamı yayılan məlumatında deyilir. Bu yataq Rusiyanın Lukoyl şirkəti tərəfindən işlənilir.

Platformanın daşınması əsasən 18 min ton yükdaşıma qabiliyyətinə malik STB-1 bərəsi ilə həyata keçiriləcək.

Rus şirkəti SOCAR-dan dörd gəmini icarəyə götürüb. Platformanın qurulmasında həmçinin "Azərbaycan" kran gəmisi də iştirak edəcək. Bu gəmi ən son avadanlıqlarla təmin olunub və 2500 ton yük qaldırmaq qabiliyyətinə malikdir.

Xəbər lenti

Xəbər lenti