...

Amerika bankı düyanın neftə tələbatının azalacağını proqnozlaşdırır

Energetika Materials 27 İyul 2009 15:14 (UTC +04:00)
Dünyadakı iri banklardan biri – Amerikanın JPMorgan bankı 2009-cu ildə dünyanın neftə tələbatının sutkada 2 milyon barel azalaraq 84,1 milyon barel/sutka təşkil edəcəyini proqnozlaşdırır.

Azərbaycan, Bakı, 27 iyul / Trend , müxbir A. Bədəlova /

Dünyadakı iri banklardan biri - Amerikanın JPMorgan bankı 2009-cu ildə dünyanın neftə tələbatının sutkada 2 milyon barel azalaraq 84,1 milyon barel/sutka təşkil edəcəyini proqnozlaşdırır.

Bankın proqnozuna görə, ümumi tələbatdan sutkada 45,7 milyon bareli İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) ölkələrinin, 38,3 milyon bareli isə bu təşkilata daxil olmayan ölkələrin payına düşür.

JPMorgan 2010-cu ildə dünyanın neftə tələbatının 1,3 milyon barel artaraq sutkada 85,4 milyon barelə çatacağını proqnozlaşdırır. Ondan sutkada 45,8 milyon bareli İƏİT ölkələrinin, 39,6 milyon bareli isə bu təşkilata daxil olmayan ölkələrin payına düşəcək.     

Bankın proqnozuna əsasən, bu il ümumdünya neft tədarükü sutkada 83,9 milyon barel təşkil edəcək ki, bu da ötənilkindən 2,2 milyon barel azdır. 2010-cu ildə neft tədarükü 1,3 milyon barel artaraq sutkada 85,2 milyon barelə çatacaq.  

Bankın proqnozuna görə, OPEK 2009-cu ildə sutkada 28,5 milyon barel neft tədarük edəcək. 2010-cu ildə tədarükün həcmi dəyişilməyəcək. Kartelə daxil olmayan ölkələr 2009-cu ildə sutkada 48,5 milyon barel neft tədarük edəcəklər. 2010-cu ildə bu ölkələrin tədarükünün həcmi 0,8 milyon artaraq sutkada 49,3 milyon barel olacaq.  

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti