...

ARDNŞ Xəzərin Türkmənistan sektorunda geoloji iş aparır

Energetika Materials 24 Avqust 2009 18:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 avqust / Trend /

ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Xəzər Dəniz Neft Donanmasının "Zöhrab Vəliyev" mühəndis-geoloji gəmisi Xəzər dənizinin Türkmənistan sektorunda "Jdanov Bankəsi" yatağında geoloji iş aparır. Bu barədə bazar ertəsi ARDNŞ-dən yayılan məlumatda deyilir.

Gəmi sualtı qruntda kəsilişin üst hissəsinin fiziki-mexaniki xüsusiyyətlərinin, həmçinin hasilat platformasının tikintisi üçün dəniz dibinin təhlükəsiz ərazilərinin öyrənilməsi üzrə iş aparır. Gəmi ilə 80 metr dərinliyində iki geoloji quyunun qazılması və 30 metr dərinliyində bir quyuda statik zondlama vasitəsilə kern nümunələrinin götürülməsi nəzərdə tutulur.

Gəmi 30 gün ərzində dənizin 65 metr dərinliyindəki "Blok-1" yatağında da çalışacaq. "Zöhrab Vəliyev" gəmisi burada da analoji tədqiqatlar aparacaq.

Xəbər lenti

Xəbər lenti