...

AZMECO ammonyak istehsalına başlamağı planlaşdırır

Energetika Materials 28 Avqust 2009 18:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 avqust / Trend /

"Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) AZMECO şirkətinə veriləcək 120 milyon dollarlıq krediti Azərbaycanda ildə 561 min ton metanol istehsal gücünə, həmçinin CO2 tutma imkanına malik zavodun tikintisi və işlənməsinə istifadə ediləcək", - cümə günü AZMECO-dan deyilib.

"Şirkət həmçinin inkişafın növbəti mərhələlərində sidik cövhəri və ammonyak istehsal etməyi də planlaşdırır", - AZMECO-nun məlumatında bildirilir. Zavodun tikintisi üzrə layihənin ümumi dəyəri 300 milyon dollardan çoxdur.

Şirkətdən qeyd olunub ki, ətraf mühitin mühafizəsi siyasətinə uyğun olaraq, müəssisənin cari durumu, AZMECO-nun fəaliyyətinin və layihənin ətraf mühitə təsirinin qiymətləndirilməsi üçün tədqiqatlar aparılıb.

Tədqiqatlar göstərib ki, layihə ətraf mühitə ciddi təsir etməyəcək.

Zavodun tikintisi üzrə işlər hələ 2007-ci ildə başlayıb və AZMECO-nun bu layihəyə özəl töhfəsi 70 milyon dollar təşkil edir. Həmçinin layihənin maliyyələşdirilməsində Azərbaycan Beynəlxalq Bankı, EDC of Canada və Qara Dəniz Ticarət və İnkişaf Bankı da iştirak edir.

AYİB Direktorlar Şurasının layihəni qəbul etməsi sentyabrın 22-nə gözlənilir. Maliyyələşdirilmə iki tranşla həyata keçiriləcək: 90 milyon dollar doqquz il müddətinə bankın vəsaitlərindən, qalan 30 milyon dollar isə 10 il müddətinə veriləcək.

Qaradağ rayonunda yerləşəcək metanol istehsalı zavodunun gələn ilin üçüncü rübündə istismara verilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti