...

Azərbaycanların kompakt yaşadığı Gürcüstan rayonunda 3000 abunəçi elektrik enerjisiz qalıb

Energetika Materials 28 Sentyabr 2009 18:58 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 28 sentyabr / Trend , müxbir N.Kirsxaliya/

Kazbek rayonuna güclü qar yağması nəticəsində 1,9 min abunəçi işıqsız qalıb. "Energo pro Georgia"-nın məlumatına görə, qar yağması nəticəsində elektrik xətləri zədələnib.

Qeyri-əlverişli hava şəraiti səbəbindən Marnuelidə yaşayan 3000 min və Salkada yaşayan 4000 abunəçiyə elekrtik enerjisinin verilməsi dayandırılıb.

Şirkətdən deyilib ki, bərpa işləri ağır hava şərtlərində aparılır ki, bu da işin tempinə təsir göstərir.

"Energo pro Georgia" təmir briqadası fövqəladə rejimli işlər görür və günün sonunadək əhalinin müəyyən hissəsini elektrik enerjisi ilə təmin etməyə söz verir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti