...

Azərbaycan neftinin qiyməti: 9-13 noyabr həftəsinin yekunları

Energetika Materials 16 Noyabr 2009 13:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 noyabr / Trend , müxbir E.İsmayılov/

9-13 noyabr həftəsində Azərbaycanın Türkiyənin Ceyhan və Gürcüstanın Batumi limanından satdığı AZERI LT (CIF) neftinin orta qiyməti $78,37 /barr. təşkil edib, bu da ötən həftənin orta qiymətindən $0,046 /barr azdır.

9-13 noyabr həftəsində AZERI LT neftinin maksimal qiyməti $79,32 /barr, minimal qiyməti isə $77,09 /barr təşkil edib.

Azeri Light neftinin APİ üzrə sıxlığı 34,6 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,14%-dir.

9-13 noyabr həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) neftinin orta qiyməti $74,76 /barr təşkil edib, bu da ötən həftənin orta qiymətindən $0,362 /barr azdır.

9-13 noyabr həftəsində URALS neftinin maksimal qiyməti $75,8 /barr, minimal qiymət isə $73,55 /barr təşkil edib.

URALS neftinin sıxlığı APİ üzrə 32 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 1,3%-dir. Lakin satış zamanı bu neft növünün spesifikasiyası müxtəlif vaxtlarda tərkibində daha çox (daha az) dominantlıq edən keyfiyyətli neft növlərindən asılı olaraq dəyişir.

9-13 noyabr həftəsində Brent Dated neftinin orta qiyməti $76,36 /barr təşkil edib, bu da ötən həftənin orta qiymətindən $0,2 /barr azdır.

Ötən həftə Brent neftinin maksimal qiyməti $77,24 /barr, minimal qiymət isə $75,09 /barr təşkil edib.

Brent Dated neftinin sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,36%-dir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti