...

Tbilisidə Batumi enerji sammiti iştirakçılarının imzalamaları üçün sənəd hazırlanır

Energetika Materials 11 Yanvar 2010 11:16 (UTC +04:00)
Bazar ertəsi səhər Tbilisidə, yanvarın 14-də Batumidə keçiriləcək enerji sammitinin hazırlanması üzrə işçi qruplarının görüşü başlayıb. Gürcüstanın energetika naziri Aleksandr Xetaquri işçi qruplarının işində iştirak edir.
Tbilisidə Batumi enerji sammiti iştirakçılarının imzalamaları üçün sənəd hazırlanır

Gürcüstan, Tbilisi, 11 yanvar / Trend , müxbir N.Kirsxaliya/

Bazar ertəsi səhər Tbilisidə, yanvarın 14-də Batumidə keçiriləcək enerji sammitinin hazırlanması üzrə işçi qruplarının görüşü başlayıb. Gürcüstanın energetika naziri Aleksandr Xetaquri işçi qruplarının işində iştirak edir.

Xetaquri işçi qruplarının qapalı iclasının başlanmasından əvvəl Trend -ın xüsusi müxbirinə deyib ki, ikigünlük məsləhətləşmələr zamanı Bakı-Tbilisi-Odessa-Brodı-Qdansk marşrutunun fəaliyyəti haqqında saziş hazırlanacaq. Bu saziş Xəzər enerji daşıyıcılarının Gürcüstan, Ukrayna və Polşa ərazisi ilə Avropa bazarlarına tədarükünü nəzərdə tutur.

Xetaquri vurğulayıb ki, işçi qrupları Batumidə sammit iştirakçılarının imzalamaları üçün saziş hazırlamalıdır.

Sammitdə əsasən enerji təhlükəsizliyi və Cənub enerji dəhlizinin inkişafı məsələləri müzakirə ediləcək.

Xəbər lenti

Xəbər lenti