...

ARDNŞ dəniz yatağında yeni platforma quracaq

Energetika Materials 19 Yanvar 2010 17:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 yanvar / Trend , müxbir H.Vəliyev/

ARDNŞ-nin "Neftqaztikinti" Tresti Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Qərbi Abşeron" yatağında yeni dəniz platformasının qurulmasına başlayıb. Bu barədə ARDNŞ-nin məlumatında deyilir.

Yatağın işlənməsini "Abşeronneft" NQÇİ həyata keçirir. Suyun 16 metr dərinliyində qurulan platforma 4 blokdan ibarətdir.

"Qərbi Abşeron" yatağının 1985-ci ildə açılmasına baxmayaraq, boru kəmərləri və digər infrastrukturların olmaması səbəbindən yataq tammiqyaslı işlənilməyib.

Son qiymətləndirmələrə görə, yataqda 2 milyon ton neft ehtiyatı var. Bu yataqdakı quyuların dərinliyi 700-750 metrə yaxındır.

Bu yataqda əvvəllər qurulan üç platforma 2010-cu ildə modernləşdiriləcək. Onlar arasında boru kəmərləri salınacaq.

2009-cu ildə "Abşeronneft" NQÇİ tərəfindən 166 min ton neft və 51,9 milyon kubmetr qaz hasil edilib.

Xəbər lenti

Xəbər lenti