...

İlham Əliyev RWE şirkətinin idarə heyəti sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Energetika Materials 10 Mart 2010 20:48 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü RWE şirkəti idarə heyətinin sədri Yurgen Qrosmanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
İlham Əliyev RWE şirkətinin idarə heyəti sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü RWE şirkəti idarə heyətinin sədri Yurgen Qrosmanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Dövlətimizin başçısı Almaniyanın RWE şirkəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında Qarşılıqlı Anlaşma Memorandumunun imzalanması münasibətilə qonağı təbrik edib. Energetika sahəsində Azərbaycanın 15 ildən artıq beynəlxalq əməkdaşlıq təcrübəsinə malik olduğunu bildirən Prezident İlham Əliyev, bu müddət ərzində bütün layihələrin uğurla icra olunduğunu qeyd edib.

RWE şirkətinin idarə heyətinin sədri Yurgen Qrosman ARDNŞ ilə Qarşılıqlı Anlaşma Memorandumunun imzalanmasını gələcək əməkdaşlığın yaxşı başlanğıcı kimi qiymətləndirib və əməkdaşlığımızın uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti