...

Azərbaycanda kimyəvi məhsulların istehsalı əhəmiyyətli dərəcədə artıb

Energetika Materials 15 Aprel 2010 17:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 aprel /Trend/

Yanvar-mart aylarında İstehsalat Birliyi qismində ARDNŞ-nin tərkibinə daxil olan "Azərkimya" müəssisəsi 3 milyon kubmetr azot istehsal edib ki, bu da 2009-cu ilin analoji dövr göstəricisindən 1,7% azdır. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Statistika Komitəsinin məlumatına görə, "Azərkimya" tərəfindən istehsal olunan kimyəvi məhsulların bütün əsas növləri üzrə yanvar-mart aylarında əhəmiyyətli artım müşahidə edilib.

Yanvar-mart ayları ərzində kimyəvi məhsulların əsas növlərinin istehsalı:

Məhsullar

Yanvar-mart, 2010

2009-cu ilin yanvar-fevral ayları ilə müqayisədə (%)

Azot (mln kubmetr)

3

98,3

Polietilen (min ton)

12,3

4,8 dəfə

Propilen (min ton)

6,5

4,9 dəfə

İzopropil spirti (min ton)

2,8

2,8 dəfə

Boyaq maddələri (min ton)

286,4

136,6

Kükürd turşusu (min ton)

1,8

4,5 dəfə

Xəbər lenti

Xəbər lenti