"Nabukko" kəmərinin qazla təmin edilməsində əsas rol Azərbaycanın üzərinə düşür – Aİ komissarı Günter Oettinger

Energetika Materials 15 Aprel 2010 20:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir E.İsmayılov/

Avropa İttifaqı (Aİ) ümüd edir ki, bu ilin sonuna kimi "Nabukko" qaz kəmərinin tikntisinə dair qərar qəbul ediləcək. Bunu Aİ-nin enerji məsələləri üzrə komissarı Günter Oettinger Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev ilə görüş zamanı deyib.

Oettingerin sözlərinə görə, "Nabukko" kəmərinin qazla təmin edilməsində əsas rol ilk növbədə qaz kəmərinin gücünün əsas hissəsini təmin edə biləcək Azərbaycanın üzərinə düşür.

"Nabukko" kəməri üçün ikinci qaz tədarükçüsü qismində Türkmənistan nəzərdən keçirilir. Oettingerin sözlərinə görə, onun Türkmənistan rəhbəri ilə görüşü zamanı Aşqabad boru kəmərinin doldurulması üçün qalan həcmi təmin etməyə hazır olduğunu bildirib.

"Nabukko" kəməri üçün üçüncü və dördüncü qaz tədarükçüsü kimi nə İran, nə də İraq nəzərdən keçirilmir, çünki İran özü qaz idxalçısıdır və mənim fikrimcə, yaxın vaxtlarda İran qaz tədarükçüsü qismində ola bilməyəcək. Həmçinin digər bir səbəb İran və İraqdakı çətin siyasi vəziyyətdir", - o deyib.

Oettingerin sözlərinə görə, "Nabukko" layihəsinin reallaşdırılması üçün tranzit ölkələrin, Aİ-yə üzv ölkələrin, həmçinin tədarükçü ölkələrin siyasi iradəsi lazımdır.

Avropa İttifaqı Azərbaycan ilə Türkiyə arasındakı tranzit məsələlərinin həllinə yardım etməyə hazırdır.

Payızın əvvəlinə kimi "Nabukko" üzrə konfransın keçirilməsi planlaşdırılır. Həmin konfransda "Nabukko" layihəsinin həyata keçirilməsinə dair bütün məsələlər müzakirə ediləcək.

Oettingerin dediyi kimi, Azərbaycan neft və qaz ehtiyatına malik olmaqla yanaşı, həmçinin neft məhsulları istehsalçısıdır. 500 milyonluq Avropa üçün bu enerji resursları çox vacibdir. Onun sözlərinə görə, Avropa müasir texnologiyalara malikdir ki, bunun da sayəsində tərəflər arasında əməkdaşlıq üçün şərait yaratmaq olar.

Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev deyib ki, "Nabukko" layihəsi həm Azərbaycan, həm də Avropa İttifaqı üçün vacibdir. Bu layihənin həyata keçirilməsi üçün tərəflər birgə işlər aparmalıdır. Xüsusilə də layihənin ekoloji riskləri, qazın həcminin dəqiq rəyi qiymətləndirilməli, həmçinin qaz tədarükü mənbələri dəqiqləşdirilməlidir.

Əliyevin sözlərinə görə, Azərbaycan kifayət qədər qaz ehtiyatına malikdir. Bu ehtiyatlar 2,2 milyard kubmetr həcmində qiymətləndirilir. Hətta hər hansı texniki dəyişiklər etmədən mövcud yataqlardan istifadə edərsə belə, ölkə 100 il ərzində özünü qazla təmin edə bilər.

"Mövcud qaz ehtiyatları işlədilməlidir, buna görə də Azərbaycana yeni bazarlar lazımdır", - nazir deyib.

Xəbər lenti

Xəbər lenti