Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir Ü.Sadıxova/
İsrail ilə əmtəə dövriyyəsi azalan keçmiş Sovet İttifaqı respublikalarından fərqli olaraq, Azərbaycanda bu göstərici iki dəfə artıqdır. Bu barədə çərşənbə axşamı Bakıda keçirilən İsrailin müstəqiliyinin 62-ci ildönümünə həsr edilmiş brifinqdə bu ölkənin Azərbaycandakı səfiri Mixael Lavon-Lotem bildirib.
Onun sözlərinə görə, israilli biznesmenlər və turistlər daim Azərbaycana səfərlər edirlər.
"İyunda illik neft-qaz sərgisində iştirak etmək üçün İsrailin energetika naziri Azərbaycana gələcək", - Lavon-Lotem deyib.
"İsrailli biznesmenləri Azərbaycanda maraqlandıran əsas sahələr kənd təsərrüfatı, tibb, yüksək texnologiyalardır, lakin böyük diqqət kənd təsərrüfatına ayrılmalıdır", - səfir bildirib.