Azərbaycan, Bakı, 26 aprel /Trend/
Yanvar-apreldə "Ekol Mühəndislik Xidmətləri" QSC "Siyəzənneft" Neft-Qaz Çıxarma İdarəsinin mədən sahəsindən 9946 kubmetr neft şlamı nəql edib. Bu barədə QSC-nin bazar ertəsi yayılan məlumatında deyilir.
Məlumatda deyildiyi kimi, həmçinin bu dövrdə mədən sahəsindən 5426 kubmetr çirkab suları daşınıb, həmçinin 17733 kubmetr torpaq nəql edilib.
Bu layihə çərçivəsində QSC mədən sahəsinin 50 hektara qədər ərazisində bioremediasiya aparacaq.
2006-cı ilin martında Abşeron yarımadasında mövcud ekoloji problemlərin həlli üçün yaradılmış "Ekol Muhəndislik Xidmətləri" QSC-nin həmtəsisçiləri ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) (51%) və Lancer S.A. Services-dir (49%).