...

İki il ərzində Azərbaycanda 1,3 min kilometrlik boru kəməri çəkilib

Energetika Materials 25 İyun 2010 10:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyun /Trend/

2009-2010-cu illərdə ARDNŞ-in (Azərbaycan Dövlət Neft Şirkəti) "Azəriqaz" İstehsalat Birliyində yaşayış məntəqələrinin qazla təmin olunmasının bərpası və qazlaşdırılması çərçivəsində müxtəlif diametrli 1,31 min kilometrlik qaz kəməri çəkilib. Bu barədə ARDNŞ-in cümə axşamı yaydığı məlumatda deyilir.

Görülən işlər çərçivəsində Mingəçevir şəhərinin qazla təminatının yaxşılaşdırılması məqsədilə 61 kilometrlik boru kəməri çəkilib. Hacıqabul rayonunun rayon mərkəzinin qaz sisteminin yenidən qurulması layihəsi çərçivəsində 83,5 kilometrlik, Bərdə şəhər yaşayış massivinin qazla təminatı səviyyəsinin yaxşılaşdırılması üçün 41,6 kilometrlik, eləcə də İmişli rayonunun yaşayış massivi ərazisində 39 kilometrlik boru kəməri çəkilib.

Azərbaycanın qazla təminatının bərpası və keyfiyyətinin yaxşılaşdırılması üzrə işlər ölkənin yanacaq-energetika kompleksinin inkişafı (2005-2015-ci illər) və regionların sosial-iqtisadi inkişafı (2009-2013-cü illər) dövlət proqramları çərçivəsində həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti