...

BP şirkəti Azərbaycanda layihələrin inkişafını davam etdirəcək

Energetika Materials 6 İyul 2010 16:49 (UTC +04:00)
BP şirkəti Azərbaycanda iştirak etdiyi enerji layihələrini inkişaf etdirmək niyyətindədir. Bu barədə çərşənbə axşamı ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev BP-nin Azərbaycandakı aktivlərini satması barədə yayılan şayiələri şərh edərkən bildirib.
BP şirkəti Azərbaycanda layihələrin inkişafını davam etdirəcək

Azərbaycan, Bakı, 6 iyul /Trend, müxbir E.İsmayılov/

BP şirkəti Azərbaycanda iştirak etdiyi enerji layihələrini inkişaf etdirmək niyyətindədir. Bu barədə çərşənbə axşamı ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev BP-nin Azərbaycandakı aktivlərini satması barədə yayılan şayiələri şərh edərkən bildirib.

"Görüşdə BP prezidenti Toni Heyvord (Bakıda işgüzar səfərdədir) qeyd edib ki, şirkət bu layihələrə sadiqdir və onların gələcək inkişafı üçün əlindən gələni edəcək", - Abdullayev deyib.

Onun sözlərinə görə, BP-nin Azərbaycandakı layihələri, xüsusilə də "Azəri-Çıraq-Günəşli" dəniz yataqlar blokunun, "Şahdəniz" qaz-kondensat yatağının, elecə də "Bakı-Tbilisi-Ceyhan" və "Bakı-Tbilisi-Ərzurum" ("Cənubi Qafqaz" qaz kəməri) boru kəmərlərinin işlənməsi üzrə yaxşı nəticə və gəlirlər əldə edilib.

Abdullayevin qeyd etdiyinə görə, BP-nin Meksika körfəzindəki problemləri şirkətin Azərbaycandakı layihələrinin həyata keçirilməsinə təsir göstərməyib.

Xəbər lenti

Xəbər lenti