...

ARDNŞ Gürcüstanda üç yanacaqdoldurma məntəqəsi açıb

Energetika Materials 29 İyul 2010 19:28 (UTC +04:00)
ARDNŞ-nin Gürcüstanda törəmə şirkəti olan "SOCAR Georgia Petroleum" MMC cümə axşamı "SOCAR" brendi altında müasir tələblərə cavab verən daha üç yanacaqdoldurma məntəqəsi açıb.
ARDNŞ Gürcüstanda üç yanacaqdoldurma məntəqəsi açıb

Azərbaycan, Bakı, 29 iyul /Trend/

ARDNŞ-nin Gürcüstanda törəmə şirkəti olan "SOCAR Georgia Petroleum" MMC cümə axşamı "SOCAR" brendi altında müasir tələblərə cavab verən daha üç yanacaqdoldurma məntəqəsi açıb. Bu barədə ARDNŞ-nin məlumatında deyilir.

İki yanacaqdoldurma məntəqəsi Tbilisidə, bir isə Kutaisi rayonunun Kvitri qəsəbəsində açılıb.

Üç yeni yanacaqdoldurma məntəqəsinin istismara verilməsi ilə "SOCAR" brendi altında fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinin ümumi sayı 40 ədədə çatıb.

Yanacaqdoldurma məntəqələrinin açılışı mərasimində "SOCAR Energy Georgia"nın rəhbərliyi, Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev, Gürcüstan hökuməti və ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

"SOCAR Georgia"nın həmtəsisçiləri: ARDNŞ - 51 faiz, Petro-Trans FZCO - 24,5 faiz və Vano Çxartişvili - 24,5 faiz.

Xəbər lenti

Xəbər lenti