Azərbaycan, Bakı, 11 avqust /Trend/
Cari ilin yanvar-iyul aylarında Azərbaycanın Şəki stansiyasında 80,9 milyon kilovat-saatdan çox enerji istehsal olunub ki, bu da proqnozlaşdırılan göstəricidən 5,2 milyon kilovat-saat çoxdur. Bu barədə "Azərenerji"SC-nin məlumatında deyilir.
Cari ilin iyulunda proqnozlaşdırılan 15 milyon kilovat-saatdan praktiki istehsal 15,4 milyon kilovat-saat təşkil edib.
Stansiya istismara verilən gündən 1,23 milyard kilovat-saat elektrik enerjisi istehsal olunub.