...

Azərbaycan "Şahdəniz" qaz kondensatı yatağından qazın alınmasını xeyli artırıb

Energetika Materials 18 Avqust 2010 16:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 avqust /Trend /

Yanvar-iyul aylarında Azərbaycan "Şahdəniz" yatağından, təxminən, 1,2 milyon kubmetr qaz əldə edib, bu göstərici 2009-cu ilin analoji dövründə 763,6 milyon kubmetr təşkil edib,  - ARDNŞ-dən bildirilir.

Bu dövr ərzində əldə olunan qazın ümumi həcminin 341,8 milyon kubmetrini ARDNŞ-in "Şahdəniz" layihəsində iştirak payı təşkil edir. Qalan hissə isə - bu yataqdan əldə olunan, təxminən, 860,4 milyon kubmetr qaz ARDNŞ tərəfindən alınıb.

"Şahdəniz" yatağının işlənməsinə dair müqavilə 1996-cı il iyunun 4-də imzlanıb. Layihə iştirakçıları bunlardır: bp (operator) - 25,5 faiz, "Statoil Hydro" - 25,5 faiz, NICO - 10 faiz, "Total" - 10 faiz, "LukAgip" - 10 faiz, TPAO- 9 faiz, ARDNŞ - 10 faiz. Bu yataqda ümumi qaz ehtiyatı 1,2 trln kubmetr həcmində qiymətləndirilir.

Hazırda qaz Gürcüstan və Türkiyəyə Cənubi Qafqaz qaz kəməri ilə nəql olunur. "Şahdəniz" layihəsinin işlənməsinin I mərhələsi çərçivəsində 2009-cu ildə 7,2 milyard kubmetr qaz hasil ediləcək.

Bu yatağın işlənməsinin II mərhələsi çərçivəsində hər il 20 milyard kubmetrə qədər qazın hasil edilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti